Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini qəza zamanı maşında olmayıb, onun sürücüsü də xəsarət almayıb - YENİLƏNİB

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini qəza zamanı maşında olmayıb, onun sürücüsü də xəsarət almayıb - <span style="color: red;">YENİLƏNİB
# 12 sentyabr 2013 09:06 (UTC +04:00)

Bunu APA-ya Baş Prokurorluqdan qurumun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşməsi barədə xəbəri şərh edərkən bildiriblər.

Məlumata görə, dünən Ə. Nağıyevin sürücüsünün idarə etdiyi avtomobil Türkiyə səfirliyi qarşısında yüngül qəza törədib.

Qəza zamanı Ə. Nağıyev avtomobildə olmayıb. Onun sürücü də hadisə nəticəsində heç bir xəsarət almayıb.

Qeyd edək ki, qəzanın baş verməsi xəbərini APA-ya Nəsimi rayon Polis İdarəsi təsdiqləyib.

İlkin yayılan xəbərdə Ə. Nağıyevin hadisə nəticəsində xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

APA yanlışlığa görə oxucularından və Ə. Nağıyevdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR