Bakıda intihar hadisəsinin qarşısı alınıb

Bakıda intihar hadisəsinin qarşısı alınıb
# 07 mart 2014 17:44 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən məlumatına görə bu gün Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə hündürlüyü 15-17 metr olan dağın zirvəsinə çıxıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR