Bakı – APA. Gürcüstanın sabiq baş naziri Bizdina İvanişvilinin ikili vətəndaşlığı bərpa edilib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Gürcüstan Ali Məhkəməsinin İnzibati işlər üzrə Palatası sabiq prezident Mixail Saakaşvilinin 2011-ci ilin oktyabrın 11-də B.İvanişvilinin Gürcüstan vətəndaşlığının ləğvinə dair imzaladığı sərəncamı ləğv edib.
Məhkəmənin bu qərarından sonra nazir B.İvanişvili yenindən iki ölkənin – Gürcüstan və Fransanın vətəndaşı olub.