Budapeştdə keçirilən XXI Beynəlxalq Kitab Festivalı başa çatıb

Budapeştdə keçirilən XXI Beynəlxalq Kitab Festivalı başa çatıb
# 28 aprel 2014 08:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 27-də Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, dörd gün davam edən festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov təmsil ediblər.

Nazirlikdən bildiriblər ki, Azərbaycanın stendində ölkənin tarixi, Qarabağ, turizm imkanları, milli mətbəximiz haqqında Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar sərgilənib. Qonaqlara ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafı, Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkaları haqqında məlumat verilib. 2015-ci ildə Bakıda ilk dəfə gerçəkləşəcək Avropa Oyunları barədə məlumatlar, paytaxtımız haqqında tanıtım nəşrləri də maraqla qarşılanıb.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı tələbələr, diaspor təmsilçiləri stendlə yaxından tanış olublar. Sərgi başa çatdıqdan sonra Azərbaycan stendindəki kitablar Azərbaycanın Macarıstandakı səfirliyinə təqdim olunub.

Qeyd edək ki, sərgidə 20-dək xarici ölkə təmsil olunub. Builki Budapeşt kitab festivalının fəxri qonağı Türkiyə Cümhuriyyəti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR