Azərbaycan Yazıçılar Birliyinin qurultayına 439 nümayəndə seçilib

Azərbaycan Yazıçılar Birliyinin qurultayına 439 nümayəndə seçilib
# 13 iyun 2014 09:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) iyunun 17-də keçiriləcək qurultayına 439 nümayəndə seçilib.

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultay nümayəndəsi seçilən üzvlər arasında Azərbaycanın məşhur yazıçılarından Maqsud İbrahimbəyov, Vilayət Quliyev, Mövlud Süleymanlı, Kamal Abdulla, Afaq Məsud və digərlərinin adı var.

Qeyd edək ki, qurultaydan bir gün sonra – iyunun 18-də Beynəlxalq Muğam Mərkəzində AYB-nin 80 illik yubiley tədbiri qeyd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR