Heydər Əsədov: “Yarmarkalarda rəqabət mühiti yaranmasa, bazarlarda qiymət başqa cür olardı” - FOTOSESSİYA - VİDEO

Heydər Əsədov: “Yarmarkalarda rəqabət mühiti yaranmasa, bazarlarda qiymət başqa cür olardı” - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 09:28 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən kənd təsərrüfatı yarmarkasında jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, bu yarmarkaların təşkilinə dövlət vəsaiti ayrılmayıb: “Biz artıq çox da rentabelli olmayan bu sahəyə vəsait cəlb edə bilmişik. Bu gün Bakı şəhərinin 4 yerində belə qapalı şəraitdə 5 günlük Avropa standartlarına cavab verən yarmarkalar təşkil edə bildik. Əgər bu yarmarkalarda və digər satış yerlərində rəqabət mühiti yaranmasa, bu gün bazarlarda qiymət başqa cür olardı”.

Nazir deyib ki, qurum bazarlarda rəqabət mühiti yaradıb, süni qiymət artımını qarşısını alır: “Bu gün bunun nəticəsində heç bir qiymət artımı yoxdur, əksinə, qiymətin azalması müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının istehsal qiymətindən və maya dəyərindən aşağı salınması, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Buna görə də biz burada yalnız alıcının maraqlarını deyil, həm də istehsalçının maraqlarını müdafiə edirik. Optimal nöqtə tapmalıyıq. Bu optimal nöqtəyə nail olunub”.

O qeyd edib ki, yarmarkada bütün fermerlər pulsuz yerlərlə təmin olunub və satışa ancaq yerli məhsullar çıxarılıb: “Dünya praktikasında belə bir şey görünməyib. İlkin mərhələdə fermerləri həvəsləndirmək üçün bu metoda əl atılıb”.

H. Əsədov kənd təsərrüfatı yarmarkalarının 5 gün fəaliyyət göstərəcəyini vurğulayıb: “Bundan sonra da ilin istənilən fəslində paytaxtda qapalı yarmarkalar fəaliyyət göstərəcək. Gələcəkdə bu qapalı yarmarkaların miqyası təkcə Bakıda yox, digər şəhərlərdə də genişləndiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR