ABŞ-da evlərin satış həcmi son 67 ayın maksimumuna çatıb

ABŞ-da evlərin satış həcmi son 67 ayın maksimumuna çatıb
# 27 fevral 2014 06:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 198 bəndədək yüksəlib, S&P 500 dəyişməyib və 1 845 bəndə bərabər olub, Nasdaq 0,1% - 4 292 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına daşınmaz əmlak bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, yanvar ayında 468 min yeni ev satılıb ki, bu da aylıq müqayisədə 9,6% çoxdur. Nəticədə, satılan evlərin sayı 2008-ci ilin iyulundan sonra maksimal həddə çatıb.

Avropa fond bazarlarında fevralın 26-da FTSE 100 indeksi 0,5% - 6 799 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 662 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 397 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 327,00 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3686 dollar (-0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR