Qobustanda baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Qobustanda baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb
# 22 mart 2013 19:05 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yolun 97-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Qobustan sakini, 1983-cü il təvəllüdlü Yusifov Cahangir Ağalar oğlunun idarə etdiyi 10 NS 983 dövlət nömrə nişanlı, VAZ 2106 markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan, evakuator xidməti göstərən maşına çırpılaraq aşıb.

Hadisə nəticəsində sərnişinlər - 1992-ci il təvəllüdlü Baxışov Ağaheybət Ağalar oğlu və 1981-ci il təvəllüdlü Qalibov Haqverdi Mayıl oğlu dünyasını dəyişib, sürücü Cahangir Yusifov və sərnişini, 1977-ci il təvəllüdlü Mustafayev Mustafa Arif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR