Bakıda yol təhlükəsizliyinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək

Bakıda yol təhlükəsizliyinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək
# 29 mart 2013 14:01 (UTC +04:00)

Bakı – APA-Economics. Aprelin 3-də Bakıda Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə «Yol təhlükəsizliyi seminarı» keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, AİB-in nəqliyyat siyasəti mütəxəssisi xanım Nana Soetantrinin «Regional siyasətdə yol təhlükəsizliyi», Nəqliyyat Nazirliyi nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifovun «Yol təhlükəsizliyində Azərbaycanın strategiyası», Delft Texnologiya Universitetinin professoru Bert van Veenin «Yol təhlükəsizliyi və yol istifadəçilərinin davranış qaydaları - yol təhlükəsizliyini yüksəltmək üçün insan faktoruna diqqəti yönəltmək», Yol Təhlükəsizliyi Tədqiqatları Hollandiya Universitetinin nümayəndəsi Marjan Hagenziekerin «Yol təhlükəsizliyinin yüksəldilməsi: Hollandiya təcrübəsi» mövzusundakı çıxışlarından sonra bir sıra məsələlərin müzakirə edilməsi planlaşdırılıb.


Seminar iştirakçılarının, həmçinin, Beynəlxalq Avtomobil Nəqliyyatının Qiymətləndirilməsi Proqramı, şəhər nəqliyyatının planlaşdırılması, yolların işıqlandırılması ilə təhlükəsizliyin və rifahın artırılması və s. kimi mövzularda fikir mübadiləsi aparacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR