«Fajr Leasing» şirkətinin portfeli 1,4 mln. manata çatıb

«Fajr Leasing» şirkətinin portfeli 1,4 mln. manata çatıb
# 07 fevral 2012 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Fajr Leasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 1,378 mln. manata çatıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Çingiz Salahov bildirib.

Ç.Salahovun sözlərinə görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 75, lizinqə verdiyi avadanlıqların dəyəri 1,790 mln. manat, nizamnamə kapitalı isə 150 min manat olub.

Baş direktor bildirib ki, 2011-ci ildə şirkətin ümumi gəlirləri 110 261 manat, xərcləri 76 009 manat olub. Bunun nəticəsində şirkətin mənfəəti 34 252 manat təşkil edib.

Qeyd edək ki, «Fajr Leasing» şirkəti 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR