Azərbaycanlı məktəbli Frankfurtda keçirilən Beynəlxalq Alman Dili Olimpiadasının qalibi olub
03 avqust 2012 10:02 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, 18 saylı məktəbin şagirdi Sevil Dəmirli olimpiadada dil kateqoriyası üzrə 1-ci yeri tutub. O, 50 ölkədən olan 100 iştirakçı arasında Koreya Respublikasından olan Ju Mi İm (A dil kateqoriyası) və Bosniya və Hersoqovinalı Haris Poturcovic (C dil kateqoriyası) ilə yanaşı olimpiadanın qalibi olub. Bakıdakı 18 saylı məktəb Göte institutu tərəfindən himayə olunur.
İkihəftəlik müsabiqə zamanı dil olimpiadasının iştirakçıları divar qəzeti hazırlayıb, qrupda təqdimat təşkil edib və sual-cavab yarışması nümayiş etdiriblər. Yarışmaya qatılmaq ucun gənc alman dili öyrənənlər öz ölkələrində ilkin müsabiqədən keçiblər. Onların dil biliklərinin keyfiyyəti ilə yanaşı, orijinallıq və qrupda işləmək bacarığı da dəyərləndirilib.

Sosial
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək
10:55
18 may 2024