Azərbaycan Novorossiysk limanından neft ixracını 3 dəfə artırıb

Azərbaycan Novorossiysk limanından neft ixracını 3 dəfə artırıb
# 02 mart 2012 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 253 276 ton, Supsa limanından 161 490 ton, Ceyhan limanından isə 1 358 715 ton xam neft ixrac edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayı ilə müqayisədə Novorossiysk limanından ixrac olunan xam neftin həcmi 3,2 dəfə artıb, Supsa limanından 48,8%, Ceyhan limanından isə 28,8% azalıb.

Ümumilikdə, cari ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 332 867 ton, Supsa limanından 476 744 ton, Ceyhan limanından isə 3 268 008 ton xam neft ixrac edilib. Bu da ötən ilin ilk iki ayına nisbətən müvafiq olaraq 11,8% çox, 0,03% və 2,6 dəfə azdır.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

Qeyd edək ki, fevral ayında «Azeri Light» tipli neftin qiyməti 121,83 dollar/barel təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR