Fransa XİN: Ramil Səfərovun əfv olunması danışıqlar prosesinə zərər verə bilər

Fransa XİN: Ramil Səfərovun əfv olunması danışıqlar prosesinə zərər verə bilər
# 04 sentyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Fransa Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək Azərbaycan prezidenti tərəfindən Ramil Səfərovun əfv olunmasından narahatlığını bildirib. APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi, Fransa da hesab edir ki, Bakının qərarı risklidir və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə, eləcə də tərəflər arasında etimad mühitinin yaradılması cəhdlərinə zərər verə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR