Azərbaycanda iqtisadi artım tempi 0,7%-ə çatıb

Azərbaycanda iqtisadi artım tempi 0,7%-ə çatıb
# 13 iyun 2012 12:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 67,9%-i məhsul istehsalı, 25,9%-i xidmət sahələrində yaradılıb, 6,2%-i isə məhsula və idxala xalis vergilər təşkil edib.

«Keçən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10,5% artıb, neft-qaz sektorunda isə 6,5% azalıb», - deyə Komitədən bildirilib.

Orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM-in həcmi 2 281,5 manata və ya 2 901,9 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR