Beyləqanda evdə qaz balonu partlayıb, bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB

Beyləqanda evdə qaz balonu partlayıb, bir ailənin 5 üzvü xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 27 iyul 2012 08:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Beyləqan rayonundakı yaşayış evlərinin birində partlayış olub. Beyləqan Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, partlayış rayon sakini Vaqif Qəhrəmanovun evində baş verib. Məlumata görə, partlayış məişətdə istifadə olunan qaz balonunda sızma səbəbindən baş verib. Nəticədə yanıq xəsarətləri alan Vaqif Qəhrəmanov, arvadı Zəhra, oğlu Məhəmmədəli, qızları Xəyalə və Nuranə xəstəxanaya yerləşdiriliblər. Zəhranın və Nuranənin vəziyyətləri qənaətbəxşdir, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR