Azərbaycanın Beynəlxalq Astronomiya İttifaqına üzvlük məsələsi qaldırılacaq

Azərbaycanın Beynəlxalq Astronomiya İttifaqına üzvlük məsələsi qaldırılacaq
# 01 may 2012 11:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin avqust ayının üçüncü ongünlüyündə Çinin paytaxtı Pekində Beynəlxalq Astronomiya İttifaqının qurultayı keçiriləcək. Qurultayda Azərbaycanın bu quruma üzvlüyü məsələsi qaldırılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Astronomiya İttifaqına üzvlük Azərbaycanda astronomiya elminin daha da inkişaf etməsinə səbəb olacaq: “Beynəlxalq Astronomiya İttifaqı 10 mindən artıq astronomu özündə birləşdirən qurumdur. Təşkilatın qurultayı 3 ildən bir keçirilir. Ötən qurultay Rio-de-Janeyroda keçirilmişdi. Bu qurultayda Azərbaycan astronomları kometlərin əmələ gəlməsi və onların koyper cisimləri ilə əlaqələrinə dair bir neçə maraqlı məruzə təqdim edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR