Şamaxı, Göyçay, Qəbələ və İsmayıllıya düşən dolu kənd təsərrüfatına ciddi ziyan vurub

Şamaxı, Göyçay, Qəbələ və İsmayıllıya düşən dolu kənd təsərrüfatına ciddi ziyan vurub
# 15 may 2012 17:34 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonuna düşən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. APA-nın məlumatına görə bu gün saat 18:00 radələrindən başlayaraq Şamaxının Quşçu, Dağ Göylər, Çaylı, Ovculu kəndlərinə dolu düşüb. Çaylı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə bir saat dayanmadan düşən dolu nəticəsində kəndin taxıl və üzüm sahələri, meyvə-tərəvəz və bostan məhsulları məhv olub, evlərin və digər tikililərin dam örtüyünə ziyan dəyib. Diametri 5-7 santimetr yağan dolu qısa müddətdə hər yeri ağ örpəyə bürüyüb. Torpağın üzərində 10-12 santimetr qalınlığında dolu qatı yaranıb. Dolunun ardınca kəndlərə yağan güclü leysan yağışı hələ də davam edir, kəndlərə sel gəlib. Çaylıda bir körpünü və traktoru sel aparıb, küçələri su yuyub, mal-qara arasında tələfatın olub-olmaması araşdırılır.
Həmçinin bu gün saat 16:00 radələrində Göyçayın dağətəyi kəndləri olan Şahsoltanlı və Yekəxana kəndlərinə düşən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Eyni vaxtda Qəbələ və İsmayıllının bəzi kəndlərinə də dolu düşüb. Hazırda həmin rayonlarda güclü leysan yağışı davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR