Zərdab sakini vəhşi heyvanın hücumuna məruz qalıb

Zərdab sakini vəhşi heyvanın hücumuna məruz qalıb
# 20 fevral 2012 11:27 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Azərbaycanın Zərdab rayon sakini çaqqal hücumuna məruz qalıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini Mustafa Əhmədov özünə məxsus pay torpağında mal-qara otararkən çaqqal ona hücum edib və ayağından yaralayıb. M. Əhmədova tibbi yardım göstərilib. Məlumata görə, Allahqulubağı kəndi meşə zolağında yerləşdiyi üçün burada tez-tez vəhşi heyvanların mal-qaraya hücumu faktı baş verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR