Məleykə Abbaszadə: “Bir nəfərin sınaq imtahanında iştirakı dövlətə 30-40 manata başa gəlir”

Məleykə Abbaszadə: “Bir nəfərin sınaq imtahanında iştirakı dövlətə 30-40 manata başa gəlir”
# 25 may 2012 10:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O deyib ki, ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanlarının dövlət rüsumu olan 3 manat tamamilə simvolik məbləğdir. Komissiya sədri deyib ki, hər dəfə imtahanla əlaqədar nəzarətçilərin, məsul işçilərin rayonlara ezamı üçün çəkilən xərclərin məbləği də çox olur. Bu səbəbdən də sınaq imtahanları özləri-özlərini maliyyələşdirmir: “Təbii ki, sınaq imtahanları üçün kağızın alınması, müəyyən avadanlıqların istifadə olunması sınaq imtahanlarının vəsaiti hesabına aparılır. Sınaq imtahanları üçün istifadə edilən testlər də orijinal olur və onlar həmin vaxtadək heç yerdə çap olunmur. Bütün bunları hesablayanda görürsən ki, sınaq imtahanları dövlətə gəlir gətirmir”.
TQDK sədri xatırladıb ki, Qırğızıstanda əhalinin yaşayış səviyyəsi çox aşağı olsa da, orada qəbul imtahanlarında iştirak üçün təxminən 40 dollar məbləğində pul ödənilir: “Bizdə isə bu vəsait tamamilə simvolik rüsumdur. İmtahanın qiyməti əslində daha yüksəkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR