“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişiklik ediləcək

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişiklik ediləcək
# 10 aprel 2012 11:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər ediləcək. APA-nın məlumatına görə, dəyişikliklər layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Dəyişikliklərə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməlidir. Pensiyaya çıxma ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.

Başqa maddədə edilmiş dəyişikliyə əsasən miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilir. Bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR