Azərbaycan prezidenti Qusarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Qusarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb
# 20 fevral 2012 16:00 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics”-in bu məqsədlə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR