Azərbaycanda xidmətlər indeksi kəskin azalıb

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
# 24 fevral 2012 14:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin yanvar ayı üzrə 72,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayı ilə müqayisədə 62,9 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. İndeksin azalması və onun 100%-dən aşağı olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin azalmasından xəbər verir.

Belə ki, dekabr ayında əhaliyə 658,6 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, yanvar ayında bu həcm 478,3 mln. manata enib. Müqayisə üçün bildirək ki, noyabr ayında həmin göstərici 486 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR