Hacıqabulda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, 2 nəfər xəsarət alıb
# 29 aprel 2016 14:54 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 16.00 radələrində Bakı-Qazax yolunun 136-cı kilometrliyində, Muğan kəndi ərazisində Bərdə rayon Alaçadırlı kənd sakini, 1952-ci il təvəllüdlü Quliyev Lazım Məmmədqulu oğlu idarə etdiyi “Niva” markalı avtomobili beton səddə çırpıb və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişin - sürücünün həyat yoldaşı, 1952-ci il təvəllüdlü Bağırova Roza İslam qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR