Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək
# 16 yanvar 2016 14:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. APA-nın xəbərinə görə, iclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR