Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnu nəzərdə tutan layihə MM-in plenar iclasına tövsiyə olunub

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnu nəzərdə tutan layihə MM-in plenar iclasına tövsiyə olunub
# 07 iyun 2016 10:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasda komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.

Layihəyə əsasən, qanunun 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR