Bakıda 47 yaşlı qadın bıçaqlanıb

Bakıda 47 yaşlı qadın bıçaqlanıb
# 19 may 2016 01:19 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda 47 yaşlı yaşlı qadın bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Quba rayon sakini, 1969-cu il təvəllüdlü Bahar Məmmədova Azadlıq prospektində bıçaqlanıb. Qadının səsinə gələn ətrafdakılar onun qan içində olduğunu görüblər. Onlar təcili tibbi yardım briqadası çağırıblar və qadın xəstəxanaya çatdırılıb. Həkimlər Bahar Məmmədovanın döş nahiyəsində bıçaq xəsarəti aşkarlayıblar.

Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 47 yaşlı qadını küçənin ortasında bıçaqlayan şəxsin axtarışlarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR