Şirkətin 174 min manatını mənimsəyən baş mühasibin məhkəməsi davam etdirilib

Şirkətin 174 min manatını mənimsəyən baş mühasibin məhkəməsi davam etdirilib
# 21 aprel 2016 11:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, T.Rəhimov ifadə verərək özünü təqsirli bildiyini deyib. “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli isə ifadəsində MMC-yə dəyən zərəri ödəməyi tələb edib.

Məhkəmə prosesi aprelin 28-də davam edəcək.

Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. “S.A.B.A. şirkəti” MMC “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR