"Travelers Coffee" Azərbaycan bazarından gedib

"Travelers Coffee" Azərbaycan bazarından gedib
# 09 dekabr 2015 07:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Məşhur qəhvə brendi olan "Travelers Coffee Limited" şirkəti Azərbaycandakı filialını bağlayıb.

Bu barədə "APA-Economics"ə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, filialın bağlanması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami küçəsi, ev 68 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Travelers Coffee Limited” 1997-ci ildə amerikalı sahibkar Kristofer Maykl Tara-Braun tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR