Azərbaycan prezidenti Gədəbəydə yol tikintisinə 2,5 milyon manat ayırıb

Azərbaycan prezidenti Gədəbəydə yol tikintisinə 2,5 milyon manat ayırıb
# 13 may 2016 16:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR