Ceyms Uorlik: "Hələlik Brüsseldə görüş planı yoxdur"

Ceyms Uorlik: "Hələlik Brüsseldə görüş planı yoxdur"
# 10 may 2016 08:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Hələlik həmsədrlərin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə görüşməsinə dair bir plan yoxdur”.

Bunu APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Təbii ki, mən fransalı və rusiyalı həmkarlarımla birlikdə tərəfləri təmkinli olmağa çağırmaq, hərtərəfli sülh razılaşması üçün danışıqların vacibliyini vurğulamaq məqsədilə nazirlərlə mütəmadi əlaqə saxlayırıq" - deyə o, bildirib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında həmsədrlərlə görüşün may ayının ortalarında Avropa ölkələrindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta biləcəyini söyləyib. "Görüşün keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik” - deyə nazir qeyd edib.

Qeyd edək ki, mayın 23-də Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR