SOCAR: TAP çərçivəsində Yunanıstana 2,3 mlrd. avro həcmində birbaşa investisiya yatırılacaq

SOCAR: TAP çərçivəsində Yunanıstana 2,3 mlrd. avro həcmində birbaşa investisiya yatırılacaq
# 24 iyun 2016 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən iri və ən çətin layihələrindən biridir".


"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Energy Greece" (SOCAR-ın Yunanıstandakı törəməsi) şirkətinin rəhbəri Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsası olan "Şahdəniz-2" yatağının işlənilməsinin 70%-i artıq yekunlaşıb.

O bildirib ki, uzunluğu 871 kilometr olan Trans-Adriatik qaz boru xətti (TAP) layihəsinin ümumi dəyəri 6,2 mlrd. avro təşkil edir: "Bu layihənin icrası zamanı Yunanıstan iqtisadiyyatına 2,3 mlrd. avro həcmində birbaşa investisiya yatırılacaq. Layihə 8 min iş yerinin açılmasına səbəb olacaq ki, bunun da 2 mini daimidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR