Fikrət Məmmədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Fikrət Məmmədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
# 26 may 2016 16:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən F. Məmmədov qonaqlara Azərbaycanda həyata keçirilən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar, məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, hakimlərin şəffaf seçimi barədə danışıb. O, hakimlərin tədrisinə toxunaraq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyini təqdir edib.

Görüş zamanı hüquqi əlaqələrin inkişafı üçün təcrübə və fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR