Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb

Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
# 07 may 2016 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Nizami rayonunda suyun verilişində məhdudiyyət yaranıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Nizami rayonu ərazisində magistral su kəmərində təmir işlərinin aparılması ilə əlaqədar mayın 7-də Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" yaranmış narahatlıqla əlaqədar abonentlərindən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR