Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində "Bank Nikoil" QSC-nin nizamnamə kapitalı 150 mln. manat (öncədən elan edilmiş 60 milyon manat daxil olmaqla) həcmində artırılacaq.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı MBNP ilə bankın əsas səhmdarı olan "Topaz İnvestment" arasında protokol imzalanıb.
Qeyd edək ki, bununla da "Bank Nikoil" QSC-nin ilin sonunadək nizamnamə kapitalının həcmi 184,5 mln. manat təşkil edəcək.