Nazir müavini: “Son 5 ildə məişət zorakılığı cinayətləri ciddi şəkildə azalıb”

Nazir müavini: “Son 5 ildə məişət zorakılığı cinayətləri ciddi şəkildə azalıb”
# 18 may 2016 09:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. "Son 5 ildə Azərbaycanda məişət zorakılığı zəminində törədilmiş cinayətlərin dinamikasında ciddi şəkildə azalma müşahidə olunub".

APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirinin müavini Oruc Zalov deyib.

O bildirib ki, əgər 2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlər sayı 255-dir: "Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR