Quldurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Quldurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 03 may 2016 12:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Aydın Məmmədov və Ədalət Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Aydın Məmmədov 11 il, Ədalət Şirəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər quldurluqda ittiham olunublar. Onlar polis əməkdaşlarının ötən il keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR