Kərim Benzema həbs edilib - VİDEO

Kərim Benzema həbs edilib - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 11:14 (UTC +04:00)

Bakı – APA. Fransa polisi yığma komandanın hücumçusu Kərim Benzemanı həbs edib. Apasport.az-saytının “Eurosport” nəşrinə istinadən məlumatına görə, Madrid “Real”ının forvardı "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilir. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.

Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR