Ali Məhkəmə “Sovetski” sakinlərinə qarşı dələduzluq edən şirkət əməkdaşlarının şikayətini təmin edib

Ali Məhkəmə “Sovetski” sakinlərinə qarşı dələduzluq edən şirkət əməkdaşlarının şikayətini təmin edib
# 27 may 2016 14:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə “DES” MMC-nin vəzifəli şəxsi Nazim Səmədov və digərlərinin kassasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Qeyd edək ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyrilərinin təsis etdiyi “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər. MMC-nin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyənləşib.

Şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini "Sovetski" sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq olunub.

Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Asif Hacı İsmayılov və Orxan Fərhadovun həbs edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi işə şikayətləri təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR