Donald Tramp Barak Obamanı İŞİD-in təsisçisi adlandırıb

Donald Tramp Barak Obamanı İŞİD-in təsisçisi adlandırıb
# 11 avqust 2016 08:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp ölkə prezidenti Barak Obamanı İŞİD terror təşkilatını yaratmaqda ittiham edib. APA-nın xəbərinə görə, D. Tramp bunu Florida ştatında çıxışı zamanı deyib.

“İŞİD-in yaradıcısı Obamadır. Razısınız?! İŞİD Obamaya rəğbət göstərir”, - deyə D. Tramp çıxışında qeyd edib.

Ag Ev D. Trampın çıxışına şərh verməyib.

Qeyd edək ki, bir müddət əvvəl D. Tramp prezident seçkilərində rəqibi, demokratların namizədi Hillari Klintonu da İŞİD-i yaratmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR