Ukraynalı hərbçilər Donbasda minaya düşüb

Ukraynalı hərbçilər Donbasda  minaya düşüb
# 10 dekabr 2015 03:50 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Donetsk vilayətində hərbçiləri aparan maşın minaya düşüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi Vladislav Voloşin bildirib.

“Hadisənin başvermə səbəbi və təfərrüatları müəyyənləşdirilir”, deyə V.Voloşin bildirib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

Qeyri-rəsmi mənbələr insident nəticəsində 7 nəfərin yaralandığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR