Ağdaşda 2 otaqlı ev yanıb

Ağdaşda 2 otaqlı ev yanıb
# 17 may 2016 20:24 (UTC +04:00)

Bakı-APA. Ağdaş rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Pirəyir kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR