Növbəti iqtidar-müxalifət görüşü başlayıb - FOTOSESSİYA

Növbəti iqtidar-müxalifət görüşü başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2015 07:20 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifət tərəfdən isə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edir.

Ə. Həsənov giriş nitqi ilə çıxış edib. Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

Xatırladaq ki, öncəki görüşlər 2014-cü il dekabrın 13-də və 2015-ci il fevralın 12-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR