Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 28 iyul 2015 14:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Elşad Həmidov və Cəlal Salayevlə birlikdə Şamaxı, İsmayıllı, Göyçay və Ağsu Rayon Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinqin keçirilməsinə məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəraiti, nəzarətçilər tərəfindən onlara qarşı münasibət həmçinin isti aylarda kameraların vəziyyətini öyrənmək idi : ”Monitorinq aparılan yerlərdə həm inzibati qaydada saxlanılan həm də cinayət törədənlər var idi. Həbs olunanların əksəriyyəti Cinayət Məcəlləsinin 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi), 177 (oğurluq) və 178 (dələduzluq) maddələri ilə təqsirləndirilir”.

E. Behbudov monitorinq zamanı xırda nöqsanlar olsa da, işgəncə və qeyri insanı rəftara məruz qalma faktı ilə bağlı müraciət edən olmadığını bildirib: “Xırda nöqsanları Rayon Polis Şöbələrinin rəislərin diqqətinə çatırdım və həmin problemlər aradan qalxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR