1992-2014-cü illərdə Azərbaycanda 217 tələbə ölüb

1992-2014-cü illərdə Azərbaycanda 217 tələbə ölüb
# 05 mart 2015 08:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil olan statistik məlumatlara əsasən, Azərbaycanın ali məktəblərində 1843 tələbə təkrar kursda saxlanılıb.

TQDK-dan APA-ya verilən xəbərə görə, 1992-2014-cü illər ərzində təhsil müəssisələri tərəfindən sistemə daxil edilmiş məlumatların ümumi statistikasına əsasən, 475 nəfərə xaricdə təhsil almaq məqsədilə, 3393 nəfərə xəstəlik və digər səbəblərdən, 13 894 nəfərə həqiqi hərbi xidmətə çağırışla əlaqədar, 297 nəfərə isə təhsil haqqını ödəmək imkanın olmamasına görə akademik məzuniyyət alınıb. 16 962 nəfər tələbə isə ali məktəblərə bərpa edilib.

İxtisas dəyişməklə tələbələr sırasına bərpaların sayı 1490, təhsilalma formasını dəyişməklə tələblər sırasına bərpaların sayı 1297, dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələblər sırasına bərpaların sayı 16, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpaların sayı 51 olub. 410 nəfər ödənişli əsasdan dövlət sifarişli formaya keçirilib. 9885 nəfərin şəxsi məlumatları dəyişdirilib. Bu müddətdə 217 tələbə ölüb, ümumilikdə 262 458 tələbə diplom alıb.

Qeyd edək ki, “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə 1992-2014-cü illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861 767 nəfər, o cümlədən 550 723 nəfər bakalavriat, 40 026 nəfər magistratura səviyyəsi üzrə, 166 678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104 340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilib. Hazırda bazada 886 271 nəfər haqqında məlumat mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR