Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edəcək
# 03 avqust 2015 08:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 6 avqust saat 10.00-da Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində keçiriləcək qəbulda Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR