Ukrayna Səfirliyi: "Azərbaycanlın dinamik inkişafı Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və dərinləşməsinə əlavə imkan verir"

Ukrayna Səfirliyi: "Azərbaycanlın dinamik inkişafı Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və dərinləşməsinə əlavə imkan verir"
# 21 avqust 2015 11:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”. APA-nın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin ölkə Ukrayna müstəqilliyinin 24 avqust 1991-ci ildə bərqərar olması münasibəti ilə yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, iki ölkənin münasibətləri geniş hüquqi bazaya əsaslanır və bu baza müxtəlif sahələrdə əməkdaşlıq üçün bünövrə rolunu oynayır. Həmçinin 27 mart 2014 tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasında “Ukraynanın ərazi bütövlüyü” qətnaməsinin lehinə səs verdiyi vurğulanır: “Bu gün iki ölkə arasında parlamentlərarası komissiyalar yaradılıb və müxtəlif əməkdaşlıq sferalarına aid işçi qrupları fəaliyyət göstərir. Şübhəsiz ki, iki ölkə arasında əlaqələrin inkişafının əsasını və koordinasiya rolunu ali səviyyədə orqan olan prezidentlər Şurası icra edir. Bu Şuranın iclası müntəzəm şəkildə keçirilir və gündəliyinə hər zaman Ukrayna-Azərbaycan əməkdaşlığının aktual məsələləri daxil edilir. 30 iyun 2014-cü il tarixində ATƏT Parlament Assambleyasının Bakıdakı Siyasin məsələlər və təhlükəsizlik məsələləri Komitəsinin iclasında Rusiyanın Krımın işğalını tez bir zamanda dayandırmasına çağıran qətnamə qəbul edilib. Azərbaycanlın dinamik inkişafı və onun beynəlxalq arenada artan nüfuzu Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və dərinləşməsinə əlavə imkan verir. Bu əməkdaşlıq ilk növbədə siyasi, daha sonra ticarət-iqtisadi, energetika, tikinti, nəqliyyat , aerokosmik və hərbi-texniki sahələrdə inkişaf edir. 2014-cü ilin nəticəsinə əsasən iki ölkə arasında xarici ticarət dövriyyəsi 674,2 milyon dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR