Bu barədə APA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
A. Əliyev bildirib ki, prosedura uyğun olaraq öncə Tarif Şurasının Katibliyi tərəfindən təkliflərin iqtisadi cəhətdən əsaslandırılmış olub-olmaması araşdırılır. Daha sonra isə məsələ Tarif Şurasının gündəliyinə çıxarılır və Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar verilir: “Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı təkliflərə də Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar veriləcək”.