Gürcüstanda narkotik maddələrin satışı ilə məşğul olan azərbaycanlı tutulub

Gürcüstanda narkotik maddələrin satışı ilə məşğul olan azərbaycanlı tutulub
# 12 iyul 2015 15:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində Gürcüstan Daxili İşlər Nazirliyinin narkotiklə mübarizə baş idarəsi əməkdaşlarının həyata keçirdiyi istintaq və axtarış tədbirləri nəticəsində narkotik maddəsinin qanunsuz əldə olunması və saxlanılması faktı ilə əlaqədar bir nəfər saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, saxlanılan şəxs - 1980-ci il təvəllüdlü Xəqani A. adlı əvvəllər soyğunçuluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində məlum olub ki, saxlanılan o, narkotik maddələrin satışı ilə məşğul olub. Soydaşımız şübhəli şəxs qismində saxlanılarkən onun heroin qəbul etdiyi aşkar edilib.


Faktla bağlı Gürcüstan CM-in 260-cı maddəsinin 1-ci hissəsi üzrə (qanunsuz olaraq narkotik istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya narkotik maddələrin satışı ilə) araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR