Akademik Milli Dram Teatrında “21:15 qatarı” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “21:15 qatarı” tamaşasının premyerası keçirilib
# 16 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” tamaşasının premyerası keçirilib.

APA-nın məlumatına görə, pyesi Azərbaycan dilinə şair Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artist Hacı İsmayılov, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova, Firuz Xudaverdiyev, aktyor Ramin Şıxəliyev çıxış ediblər. 75 dəqiqə davam edən tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Qeyd edək ki, T. Orbay 1956-cı ildə İstanbulda anadan olub. “Mat”, “Şərəfinə insanoğlu” və “21:15 qatarı” pyeslərinin müəllifidir. Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR