“InvestAZ” Azərbaycanı beynəlxalq FOREX konfransında təmsil edib

“InvestAZ” Azərbaycanı beynəlxalq FOREX konfransında təmsil edib
# 30 sentyabr 2014 09:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 25-28 sentyabr 2014-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində “FX World İstanbul Forex və Törəmə Alətləri” adlı konfrans və sərgi keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, konfransda ölkəmizi Azərbaycan və Türkiyə bazarlarında uğurla fəaliyyət göstərən “InvestAZ” şirkəti təmsil edib.

Konfransda çıxış edən “InvestAZ” şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev, konfransın FOREX bazarının müzakirə edilməsi ilə bərabər, fərdi və korporativ sərmayəçilərin bir araya gətirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Türkiyənin sərmayə baxımından önünün açıq olduğunu deyən E. Quliyev, İstanbulun Beynəlxalq Maliyyə Mərkəzi olma yolunda heç bir maneəsinin olmadığını bildirib.

E. Quliyev, kredit çiyni ilə ticarət baxımından, Türkiyənin sərmayə bazarının çox gənc olduğuna işarə edərək, qonşu ölkənin fərdi sərmayəçi bazarının inkişaf etdirliməsi üçün, kiçik kredit çiyni vasitəsi ilə insanlar sərmayə dünyası ilə tanış edilməlidir.

Qeyd edək ki, şirkət Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən “InvestAZ” şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR